...

"İctimai İnkişaf və Təşəbbüslər Birliyi" adlı yeni bir qurum yaradıldı

Siyasət Materials 29 Sentyabr 2006 13:46 (UTC +04:00)

"İctimai İnkişaf və Təşəbbüslər Birliyi" adlı yeni bir qurum yaradılıb. Trend in məlumatına görə, sentyabrın 29-da Beynəlxalq Mətbuat Mərkəzində təşkilatın təqdimat mərasimi keçirilib.

"İctimai İnkişaf və Təşəbbüslər Birliyi"nin yaradılması üzrə təşəbbüs qrupunun rəhbəri Emin Əliyev bildirib ki, yaxın vaxtlarda qurumun təsis konfransı keçiriləcək. Onun sözlərinə görə, bu qurumun yaradılmasında məqsəd əhalinin problemlərinin həlli, gənclərin cəmiyyətdə mövqeyinin güclənməsi, ölkə həyatında lazımi yer tutması, həmçinin gənclərin müxtəlif tipli problemlərinin həll olunması istiqamətində fəaliyyət göstərməkdir.

E.Əliyev qeyd edib ki, onların təşəbbüsü ilə yaxın zamanda gənclərin krizis mərkəz yaradılacaq, gənclərin hüquqlarının müdafiəsi məqsədilə tədbirlər həyata keçiriləcək. Təşəbbüs qrupu rəhbərinin sözlərinə görə, yeni təsis olunacaq Birliyin 150 nəfər üzvü var. Qurumun dövlət qeydiyyatına alınması üçün sənədləri Ədliyyə Nazirliyinə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti