...

MSK sədri: "Bələdiyyə seçkilərində ümumilikdə 10 mindən çox adam müşahidə aparacaq"

Siyasət Materials 29 Sentyabr 2006 17:53 (UTC +04:00)

Bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün dairə seçki komissiyalarında 8324 nəfər, Mərkəzi Seçki Komissiyasında isə 179 nəfər müşahidəçi qeydə alınıb. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov açıqlama verib.

O bildirib ki, seçkini 31 nəfər beynəlxalq müşahidəçi izləyəcək. İFES, Avropa Şurası, ABŞ, Polşa, Norveç, Böyük Britaniya səfirliklərinin, Ukrayna MSK-sının nümayəndələri və digər beynəlxalq təmsilçilər seçkini izləyəcək. Dairə seçki komissiyalarında 430-dan çox namizəd tərəfindən vəkil edilmiş şəxslər də qeydə alınıb. M.Pənahovun sözlərinə görə, yerli müşahidəçilər, namizədlərin vəkilləri, kütləvi informasiya vasitələri nümayəndələri, beynəlxalq qurumların təmsilçiləri də daxil olmaqla ümumilikdə 10 mindən çox adam bələdiyyə seçkilərində müşahidə aparacaq.

MSK sədri əlavə edib ki, dairə seçki komissiyalarında müşahidəçilərin qeydə alınması prosesi hələ davam edir və səsverməyə gününə 5 gün qalmış başa çatacaq.

Xəbər lenti

Xəbər lenti