...

Azərbaycan və ABŞ telekommunikasiya sahəsində "Qarşılıqlı anlaşma haqqında" memorandum imzalayıb

Siyasət Materials 2 Oktyabr 2006 11:35 (UTC +04:00)
Azərbaycan və ABŞ telekommunikasiya sahəsində "Qarşılıqlı anlaşma haqqında" memorandum imzalayıb

Oktyabrın 2-də Bakıda Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və ABŞ-ın Dövlət Departamenti arasında telekommunikasiya sahəsində "Qarşılıqlı anlaşma haqqında" memorandum imzalanıb. Trend in xəbər verdiyi kimi, sənədi rabitə naziri Əli Abbasov və ABŞ-ın Azərbaycandakı səfiri En Dersi imzalayıb.

Memorandumda Azərbaycanın rabitə sahəsində aparılan islahatlara, rəqabət qabiliyyətinin artırılmasına ABŞ tərəfindən yardımın göstərilməsi nəzərdə tutulur. Sənəd ölkə iqtisadiyyatının bu sahəsinə sərmayə qoymağa hazır olan Amerika şirkətləri üçün Azərbaycan trəfindən sabitliyə zəmanətdir.

"Qarşılıqlı anlaşma haqqında" memorandum bu gün İT üzrə Azərbaycan-ABŞ forumunda imzalanıb. Forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və ABŞ Ticarət Palatası (AmCham) tərəfindən keçirilir.

Sənədin imzalanması zamanı ABŞ səfiri bəyan edib ki, memorandum Azərbaycanla iqtisadi münasibətlərin inkişafı üçün böyük addımdır.

Ə.Abbasovun sözlərinə görə, 2005-ci ildə Azərbaycanda ümumi iqtisadi artım 26% təşkil edib. Bu il həmin göstəricinin 35-40% təşkil edəcəyi gözlənilir. "Azərbaycanın yürütdüyü əsas siyasət sabit iqtisadiyyatın təmin edilməsindən ibarətdir və burada İT sahəsi mühüm əhəmiyyət kəsb edir. Biz ABŞ-la telekommunikasiyanın inkişafında əməkdaşlıqda maraqlıyıq", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti