...

Əli Əliyev: "Oktyabrın ikinci yarısında Vətəndaş və İnkişaf Partiyasının rayon təşkilatlarının təsis konfransları keçiriləcək"

Siyasət Materials 3 Oktyabr 2006 13:09 (UTC +04:00)

Vətəndaş və İnkişaf Partiyasının yerli strukturlarının formalaşdırılması üçün oktyabrın ikinci yarısında bölgələrdə rayon təşkilatlarının təsis konfransları keçiriləcək. Bu barədə Trend ə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev məlumat verib.

O, bildirib ki, bu il yeni adda partiyanın təsis qurultayında yeni Nizamnamə qəbul olunub və ona əsasən yerlərdə bölmələr formalaşdırılmalıdır. Rayon təşkilatlarının yaradılması ilə bağlı Təlimat partiyanın Siyasi Şurasında qəbul olunub. Təlimata əsasən oktyabrın ikinci yarısında təsis konfranslarının keçirilməsinə başlanılacaq.

Ə.Əliyev onu da deyib ki, yaxın zamanlarda özünə yeni müavin də təyin edəcək. Beynəlxalq məsələlər üzrə müavin postu hələ boş qaldığından Əli Əliyev bu vəzifəyə kadr axtarır.

Xəbər lenti

Xəbər lenti