...

Nazir müavini: Dağlıq Qarabağ məsələsi Azərbaycanın AB ilə əməkdaşlığı üzrə fərdi Fəaliyyət planına daxil edilib

Siyasət Materials 3 Oktyabr 2006 17:17 (UTC +04:00)
Nazir müavini: Dağlıq Qarabağ məsələsi Azərbaycanın AB ilə əməkdaşlığı üzrə fərdi Fəaliyyət planına daxil edilib

Dağlıq Qarabağ məsələsi Azərbaycanın AB ilə əməkdaşlığı üzrə fərdi Fəaliyyət planına daxil edilib. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.

Onun sözlərinə görə, bu məsələ fəaliyyət planının idarə mexanizmlərindən biridir. Nazir müavini qeyd edib ki, bu sənəddə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə AB-nin mövqeyi əks olunub.

Nazir müavininin sözlərinə görə, fəaliyyət planı Azərbaycanın maraqlarına tamamilə uyğundur. O qeyd edib ki, sənəddə siyasət, iqtisadiyyat, insan haqları, viza və gömrük məsələləri kimi sahələrdə gələcək əməkdaşlığın bütün istiqamətləri öz əksini tapıb.

Fəaliyyət planı qəbul olarkən Azərbaycan bir sıra öhdəlikləri öz üzərinə götürəcək. Bu öhdəliklərə əsasən, həm siyasi, həm də iqtisadi sahələrdə bir sıra əhəmiyyətli dəyişikliklər etmək lazımdır.

M.Məmmədquliyev bildirib ki, viza məsələləri üzrə AB ilə ayrıca müzakirələr olacaq. Onun sözlərinə görə, tərəflər razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti