Oktyabrın 4-də ATƏT-in Bakı ofisinin nümayəndələri Kamen İvanov və Berit Lindeman Azərbaycan İslam Partiyasında görüş keçiriblər. Bu barədə Trend ə İslam Partiyasından məlumat verilib.
Görüşdə İslam Partiyasının sədri Hacıağa Nuri və müavinləri ATƏT nümayəndələrinə partiyanın fəaliyyəti, həmçinin qeydiyyat problemi barədə məlumat veriblər. Qeyd olunub ki, İslam Partiyasının 1992-ci ildə qeydə alınıb, lakin sonradan partiyanın qeydiyyatı ləğv edilb. Hacıağa Nuri bildirib ki, AİP siyasi partiyadır və dinin təbliği ilə deyil, siyasi fəaliyyətlə məşğuldur. Ona görə də onun dövlət qeydiyyatının ləğv edilməsi qanunsuzluqdur. AİP-in konstruktiv müxalifət mövqedə dayandığı diqqətə çatdırılıb. Partiya nümayəndələri həmçinin Azərbaycanda əhalinin iqtisadi-sosial problemlərindən, Qarabağ münaqşisinin həll edilməməsindən və beynəlxalq təşkilatarın bu məsələdə laqeyd münasibətindən narahatlıqlarını ATƏT təmsilçilərinin diqqətinə çatdırıblar.
Kamen İvanov və Berit Lindeman isə öz növbəsində qeyd ediblər ki, demokratiya yolu tutmuş bir ölkədə siyasi partiyaların qeydiyyat probleminin olması təəccüb doğurur. ATƏT-in nümayəndələri İslam Partiyasının üzləşdiyi bu problemi quruun illik hesabatına daxil edəcəklərini deyiblər.