...

ABŞ səfirliyinin əməkdaşları Azərbaycanda bələdiyyə seçkilərini müşahidə edəcək

Siyasət Materials 4 Oktyabr 2006 14:48 (UTC +04:00)

ABŞ səfirliyinin əməkdaşları noyabrın 6-da Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini müşahidə edəcək.

Bu barədə Trend ə ABŞ-ın Bakıdakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Conatan Henik məlumat verib.

Onun sözlərinə görə, səfirliyin bir neçə əməkdaşı müşahidəçi kimi qeydiyyata alınıb və onlar öz missiyalarını həyata keçirmək üçün ölkənin müxtəlif bölgələrinə gedəcək. Bundan başqa, ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi də seçki məntəqələrinə baş çəkmək niyyətindədir.

C.Henik qeyd edib ki, səfirlik müşahidələrin yekunları ilə bağlı Vaşinqtona xüsusi hesabat təqdim etməyi planlaşdırmır.

Qeyd edək ki, ABŞ səfirliyi ilə yanaşı, səsvermənin gedişini Norveç, Böyük Britaniya və Polşanın diplomatik missiyaları da müşahidə edəcək. ABŞ-ın Respublikaçılar İnstitutu, İFES (Seçki Sistemləri üzrə Beynəlxalq Fond), Ukrayna MSK və Avropa Şurasının yerli və regional hakimiyyət orqanları Konqresinin nümayəndələri də beynəlxalq müşahidəçi kimi qeydiyyata alınıb.

Bələdiyyə seçkilərində səsvemənin gedişini 9598 yerli müşahidəçi müşahidə edəcək.

Xəbər lenti

Xəbər lenti