...

AŞPA-nın Siyasi komitəsinin növbəti toplantısı Bakıda keçiriləcək

Siyasət Materials 5 Oktyabr 2006 14:49 (UTC +04:00)
AŞPA-nın Siyasi komitəsinin növbəti toplantısı Bakıda keçiriləcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi komitəsinin növbəti toplantısı dekabrın 11-də Bakıda keçiriləcək. Bu barədə təşkilatın alt komitəsinin Strasburqda keçirilən növbəti toplantısında iştirak edən Azərbaycanın AŞPA-dakı parlament nümayəndə heyətinin başçısı Səməd Seyidov Trend ə eksklüziv olaraq bildirib.

Bu barədə qərar komitənin toplantısında qəbul olunub. İclas zamanı həmçinin alt komitənin siyasi məsələlər üzrə sədr müavinləri seçilib və Azərbaycan parlamentinin missiya başçısı da bu vəzifəyə təyin olunub.

S.Seyidovun sözlərinə görə, həmçinin KİV üzrə alt komitənin növbəti toplantısının noyabr ayının sonunda Bakıda keçirilməsi haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti