...

Əli Əhmədov: "YAP sədri İlham Əliyev 2008-ci il prezident seçkilərində bütün xalqın namizədi olacaq"

Siyasət Materials 5 Oktyabr 2006 16:41 (UTC +04:00)

2008-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev təkcə partiyanın deyil, bütün xalqın namizədi olacaq. Bu barədə Trend ə (YAP) sədrinin müavini-icra katibi, millət vəkili Əli Əhmədov bildirib.

Ə.Əhmədov onu da vurğulayıb ki, növbəti prezident seçkilərində partiyanın namizədi məlumdur: "İlham Əliyevin namizədliyini YAP ilə bərabər Azərbaycan xalqının mütləq əksəriyyəti dəstəkləyəcək. Beləliklə də, partiyamızın növbəti prezident seçkilərində irəli sürəcəyi şəxsin namizədliyi əslində xalqın dəstəklədiyi namizəd olacaq".

YAP rəsmisi müxalifət qəzetlərinin partiyanın fövqəladə qurultay keçirəcəyi ilə bağlı yazılanlara da münasibət bildirib. Qeyd edib ki, yazılanlar tamamilə həqiqətdən uzaqdır: "YAP fövqalədə qurultay keçirməyə hazırlaşmır, buna əsas da yoxdur. Nizamnaməyə uyğun olaraq partitya növbəti qurultayını vaxtında keçirəcək".

YAP-ın ilk təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvan Muxtar Respublikasında keçirilib. Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev partiya sədri seçilib. 1995-ci ildə keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti YAP üzvü olduğundan iqtidar partiyasına çevrilib. 2000-ci ildə Milli Məclisə keçirilən seçkilərdə YAP yenidən qalib gəlməklə 124 deputat yerindən 75-ni tutub. 2005-ci il parlament seçkilərində də partiya növbəti qələbəsinə imza atıb. Hazırda partiyanın sədri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdir. Partiyanın 500 mindən çox üzvü var.

Xəbər lenti

Xəbər lenti