...

Devid Vudvord: Türkiyə Azərbaycan qazını qəbul etməyə hazır olduğunu hələ təsdiq etməyib

Siyasət Materials 6 Oktyabr 2006 11:02 (UTC +04:00)
Devid Vudvord: Türkiyə Azərbaycan qazını qəbul etməyə hazır olduğunu hələ təsdiq etməyib

Hazırda Türkiyə tərəfi "Şahdəniz" yatağından Azərbaycan qazını qəbul etməyə hazır olduğunu təsdiqləməyib. Trend in xəbər verdiyi kimi, BP Azerbaijan şirkətinin rəhbəri Devid Vudvord jurnalistlərə bildirib ki, sazişə əsasən, əgər Türkiyə qazı qəbul etməyə hazır olmasa, yanacaq Azərbaycanın ixtiyarına verilir.

"Bu həcmin Gürcüstana verilməsi və ya ölkədə saxlanması Azərbaycanın məsələsi olacaq", - deyə D.Vudvord qyd edib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın milli nəqliyyat sistemi "Şahdəniz" yatağından qaz qəbul etməyə hazırdır. "Gürcüstan isə hələ tam hazır deyil", - deyə o qeyd edib.

"Şahdəniz" yatağından ilk qaz hasilatına ən yaxın vaxtlarda başlanması nəzərdə tutulur. Qaz Azərbaycan, Türkiyə və Gürcüstan bazarlarında satılacaq. Türkiyə və Gürcüstana yanacaq Cənubi Qafqaz qaz kəməri (SCP) ilə çatdırılacaq. BP Azerbaijan SCP-nin texniki operatoru və "Şahdəniz" yatağının işlənməsi üzrə operatordur. SCP-nin kommersiya operatoru isə Norveçin Statoil şirkətidir.

Xəbər lenti

Xəbər lenti