...

Daniel Blesinqton: IFES bələdiyyə seçkilərinin gedişini müşahidə edir

Siyasət Materials 6 Oktyabr 2006 13:49 (UTC +04:00)

İFES seçkilər prosesi iştirakçılarının hüquq və vəzifələri barədə bukletlər buraxıb. Bu barədə Trend ə eksklüziv olaraq İFES-in Bakı ofisinin direktoru Daniel Blesinqton məlumat verib. O qeyd edib ki, özü şəxsən bugünkü seçkiləri müşahidə edir.

D.Blesinqtonun sözlərinə görə, təşkilatın əsas məqsədi texniki dəstək göstərməkdən ibarətdir. İFES bələdiyyə seçkilərində Azərbaycanın Mərkəzi Seçki Komitəsi ilə birgə işləyir.

Qeyd olunan bukletlər ingilis dilinə də tərcümə edilib və 6 oktyabr seçkilərində iştirak edən beynəlxalq müşahidəçilərə paylanılır.

Xəbər lenti

Xəbər lenti