...

İqbal Ağazadə: "Bir neçə dairədə bələdiyyə seçkilərinin müşahidəsini aparacağam"

Siyasət Materials 6 Oktyabr 2006 14:31 (UTC +04:00)

Bələdiyyə seçkilərində iştirak edən müxalifətyönlü Ümid Partiyasının Mərkəzi Aparatı və partiya sədrinin özü həm də seçkilərin müşahidəsini aparır. Bu barədə Trend ə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə məlumat verib.

İ.Ağazadə bildirib ki, bələdiyyə seçkilərində Ümid Partiyasının 30-a yaxın namizədi iştirak edir. Onun sözlərinə görə, partiyanın həm Mərkəzi Aparatı, həm də yerli təşkilatları seçkinin müşahidəsinə cəlb olunub. İ.Ağazadə özü bu gün Zərdab, Bərdə və Qəbələ şəhərlərində seçkinin müşahidəsini aparacağını deyib: "Zərdab rayonunun Çallı bələdiyyəsində, Qəbələdə və Bərdə şəhər bələdiyyəsində özüm müşahidə aparacam. Partiyanın Mərkəzi Aparatının əməkdaşları müxtəlif rayonlarda, həmçinin Bakıda səsverməni izləyəcəklər. Biz əsasən öz müşahidələrimiz əsasında seçkinin yekunlarına dair rəyimizi açıqlayacağıq. Həmçinin tərəfsiz, obyektiv müşahidə aparan qeyri-hökumət təşkilatlarının da rəyini nəzərə alacağıq"-deyə İ.Ağazadə qeyd edib.

Xəbər lenti

Xəbər lenti