...

Arif Abbasov: "Müxalifətdən olan müşahidəçilər də seçkilərin şəffaf keçirildiyi qənaətindədirlər"

Siyasət Materials 6 Oktyabr 2006 16:21 (UTC +04:00)

120 yerli müşahidəçinin və Seçki Monitorinq Mərkəzinin 2 üzvünün qənaətincə seçkilər şəffaf keçirilir. Bu barədə Trend ə 96 saylı Goranboy-Naftalan seçki dairəsinin sədri Arif Abbasov oktyabrın 6-da bəzi bələdiyyələrə təkrar, yeni, əlavə və ilk seçkilərin keçirilməsinə münasibət bildirərəkən qeyd edib.

O qeyd edib ki, seçkilər 11 bələdiyyədə 26 yer üzrə 12 namizəd mübarizə aparır: "Seçkilər şəffaf və demokratik keçirilir. Seçicildərin aktivliyi də müşahidə olunub. Saat 15.00-a olan məlumata görə 8013 seçicinin 18 faizi artıq səs verib. Seçicilərin səs verməsi zamanı heç bir müdaxilə və təzyiqlərdən istifadə olunmayıb. Hamı sərbəst şəkildə səs verirlər".

A.Abbasov onu da bildirib ki, seçkiləri heç bir beynəlxalq müşahidəçi izləmir. Müxalifətdən olan müşahidəçilər də seçkilərin qanun pozuntusu olmadan keçirildiyi qənaətindədirlər.

Xəbər lenti

Xəbər lenti