...

Ombudsman: Səsvermə zamanı bəzi nöqsanların olmasına baxmayaraq, prinsipial pozuntu aşkar edilməyib

Siyasət Materials 6 Oktyabr 2006 16:30 (UTC +04:00)
Ombudsman: Səsvermə zamanı bəzi nöqsanların olmasına baxmayaraq, prinsipial pozuntu aşkar edilməyib

Azərbaycanda bələdiyyə seçkilərində səsvermə zamanı bəzi nöqsanların olmasına baxmayaraq, ombudsman aparatının əməkdaşları tərəfindən prinsipial pozuntu aşkar edilməyib. Bu barədə Trend ə Azərbaycan ombudsmanı Elmira Süleymanova məlumat verib.

Onun sözlərinə görə, aparatın 20 əməkdaşı hələ bir gün əvvəl seçkilərin gedişatını müşahidə etmək üçün bütün bölgələrə ezam olunublar. Ombudsman aparatına hər saat yerlərdən məlumat daxil olur. Qeydə alınmış əskikliklər arasında E.Süleymanova tək-tük halları qeyd edib ki, bu halda seçicilərin adı siyahıda olmayıb. Bundan əlavə, Qazax rayonunun seçki dairələrindən birində iki qutudan biri səsvermə üçün açılmayıb. Ombudsman həmçinin seçkilərdə həm beynəlxalq, həm də yerli müşahidəçilərin az sayda olduğunu qeyd edib.

E.Süleymanovanın özü Abşeron rayonu, o cümlədən Pirallahı və Buzovnada seçki dairələrini müşahidə edir. Yerli özünüidarəetmə orqanlarına seçkilər mühüm əhəmiyyətə malikdir, lakin bəziləri bu əhəmiyyəti lazımınca qiymətləndirmirlər. Ombudsman əlavə edib ki, əgər söhbət demokratizasiyadan gedirsə, o zaman hər bir vətəndaş seçki prosesində fəal şəkildə iştirak etməlidir.

Xəbər lenti

Xəbər lenti