...

YAP-ın 4500-dən artıq müşahidəçisi seçkilərin şəffaf keçirildiyini bildirib

Siyasət Materials 6 Oktyabr 2006 18:22 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 6 oktyabr tarixdə keçirilən təkrar, əlavə və yeni bələdiyyə seçkilərində səsvermə prosesini izləyən 4500-dən artıq müşahidəçisi seçkilərin şəffaf keçirildiyini bildirib. Bu barədə Trend ə YAP mətbuat xidmətindən bildiriblər.

Məlumatda bildirilib ki, YAP-ın müşahidəçilərindən 76-sı Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş respublika üzrə müşahidəçi, təxminən 2000 nəfəri YAP tərəfindən, digərləri isə partiyanın namizədləri tərəfindən verilmiş yerli müşahidəçilərdir. 82 dairədə, 604 bələdiyyədə 1931 bələdiyyə üzvünün seçkisində 2221 namizədlə iştirak edən partiyanın təqdim etdiyi müşahidəçilər səsvermə keçirilən bütün məntəqələrdə seçki prosesini izləməkdədirlər.

YAP tərəfindən təyin olunmuş müşahidəçilərin, o cümlədən, seçki prosesini müstəqil şəkildə izləyən müşahidəçilərin verdikləri məlumatlara görə hal-hazırki ana qədər nə səsverməyə gələn seçicilər, nə də məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçkinin nəticələrinə təsir edə biləcək hər hansı qanun pozuntusu müşahidə edilməyib. Yerlərdən partiyanın Mərkəzi Seçki Qərargahına daxil olan məlumatlarda bütövlükdə seçki prosesinin Seçki Məcəlləsinin tələbləri çərçivəsində və hər hansı kənar müdaxilənin təsiri müşahidə olunmadan davam etdiyi bildirilir.

YAP müşahidəçilərinin verdikləri məlumatlarda beynəlxalq müşahidəçi missiyasının təmsilçilərinin də seçki prosesini yaxından izlədikləri bildirilir.

Xəbər lenti

Xəbər lenti