...

Rövzət Qasımov: "Bələdiyyə seçkiləri ilə bağlı beynəlxalq müşahidəçilərin rəyləri müsbət ola bilər"

Siyasət Materials 7 Oktyabr 2006 12:52 (UTC +04:00)

"Bələdiyyə seçkiləri ilə bağlı beynəlxalq müşahidəçilərin rəyləri müsbət ola bilər. Onların bizə verdiyi məlumatlara əsasən bu qənaətə gəlmək olar". Bu fikirləri Trend ə açıqlamasında Mərkəzi Seçki Komissiyası (MSK) beynəlxalq şöbəsinin müdiri Rövzət Qasımov bildirib.

Onun sözlərinə görə, beynəlxalq müşahidəçilər bələdiyyə seçkilərində apardıqları müşahidələri əsasında MSK nümayəndələrinə verdikləri məlumatda yalnız xırda pozuntular müşahidə etdikləini deyiblər: "Beynəlxalq müşahidəçilər bizə seçkidə xırda pozuntulara rast gəldiklərini deyiblər. Amma onlar özləri də bildiriblər ki, bunlar xüsusi qeyd olunmalı nöqsanlar deyil. Ümumilikdə bütün beynəlxalq müşahidəçilərdən seçkidə ciddi nöqsanlar olması barədə MSK-ya hər hansı rəy verilməyib"-deyə Rövzət Qasımov qeyd edib.

Onun fikincə, bunları nəzərə alaraq ehtimal etmək olar ki, beynəlxalq müşahidəçilər oktyabrın 6-da keçirilən təkrar, əlavə, yeni və ilk bələdiyyə seçkiləri ilə bağlı müsbət rəy verəcəklər.

Xəbər lenti

Xəbər lenti