6 oktyabrda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzi fəaliyyətini başa vurdu. Bu barədə Trend ə "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev məlumat verib.
O qeyd edib ki, İnfomasiya Mərkəzi seçkilərin ilkin nəticələrini artıq elan edib, internet səhifəsində yerləşdirib. Bələdiyyə seçkiləri ilə bağlı bundan sonra "Seçkilər" İnformasiya Mərkəzinə aid heç bir prosedur yoxdur. İqbal Babayevin sözlərinə görə, bələdiyyə seçkiləri ilə bağlı üzərinə düşən funksiyaları yerinə yetirən vərkəz özünün gündəlik ənənəvi fəaliyyətini davam etdirəcək.