...

YAP-ın icra katibi tələbə-gənclərlə görüş keçirib

Siyasət Materials 9 Oktyabr 2006 18:00 (UTC +04:00)

Hakim Yeni Azərbayan Partiyası (YAP) sədrinin müavini-icra katibi, millət vəkili Əli Əhmədov oktyabrın 8-də partiyaya üzv olan tələbə-gənclərlə görüş keçirib. Trend xəbər verir ki, görüşdə YAP rəhbərliyi və 20-dən artıq ali məktəbin bir qrup tələbə-gənci iştirak edib.

Görüşü açan YAP Gənclər Birliyinin sədri Ramil Həsənov toplantıda iştirak edən gəncləri aktiv disskusiyaya çağırıb: "YAP rəhbərliyi ilə görüşü təşkil etməkdə məqsədimiz üzləşdiyiniz problemləri açıq-aşkar söyləməkdir". Daha sonra tələbə-gənclərə söz verilib. Memarlıq və İnşaat Universitetinin tələbəsi Tural Abbasov, Təfəkkür Universitetinin tələbəsi Samir Feyziyev, Tibb Universitetinin tələbəsi Vüsal Qasımov, Texniki Universitetin tələbəsi Ağaməmməd Quliyev və başqaları YAP rəhbərliyinin Azərbaycan gənclərinə göstərdiyi qayğıdan danışıb, xırda problemləri də gündəmə gətiriblər.

Daha sonra YAP sədrinin müavini-icra katibi, millət vəkili Əli Əhmədov çıxış edib. Natiq bildirib ki, partiyanın 400 mindən çox üzvünün 150 mini gənclər təşkil edir ki, onların da əksəriyyəti tələbədir. Ə.Əhmədov bildirib ki, partiya və onun rəhbərliyi gənclərin probleimlərini daimi diqqətdə saxlayıb və onların həllinə çalışıb: "Biz bundan sonra da Azərbaycan gəncliyinə qayğı və diqqətimizi göstərməkdə davam edəcəyik". Ə.Əhmədov görüşdə çıxış edən gənclərin qaldırdığı problemlərə də münasibət bildirib.

Xəbər lenti

Xəbər lenti