...

Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olmuş şikayətlərə baxılıb

Siyasət Materials 9 Oktyabr 2006 18:52 (UTC +04:00)

Oktyabrın 9-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Trend in məluatına görə, iclasda 6 oktyabrda keçirilmiş təkrar, əlavə, yeni və ilk bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olmuş şikayətlərə baxılıb.

Komissiya üzvləri daxil olan müraciətlər barədə məlumat veriblər. Ümumilikdə MSK-ya 6 oktyabr seçkiləri ilə bağlı 19 şikayət daxil olub, onlar 14 məsələ ilə bağlıdır. 45 saylı Abşeron seçki dairəsinin Fatmayi bələdiyyəsindən, 54 saylı Dəvəçi-Siyəzən, 72 saylı Yardımlı-Masallı, 75 saylı Lənkəran-Masallı, 77 saylı Astara, 79 saylı İmişli və digər dairələrdən gələn şikayətlərə baxılıb. Şikayətlərin demək olar ki, əksəriyyətinin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti