"Daxili işlər naziri Ramil Usubov Azərbaycan üçün böyük təhlükədir". Trend xəbər verir ki, bu barədə millət vəkili Hüseyn Abdullayev Milli Məclisin oktyabrın 10-da keçirilən iclasında bildirib.
O qeyd edib ki, daxili işlər naziri Milli Məclisdə hesabat verməlidir. Spiker Oqtay Əsədov millət vəkilinin fikri ilə bağlı bildirib ki, ayrı-ayrı nazirlərin parlamentdə hesabat verməsi proseduru yoxdur: "Nazirlər Kabineti ildə bir dəfə parlament qarşısında hesabat verir".
Onu da bildirək ki, H.Abdullayevin təklifi Fazil Qəzənfəroğlu, Pənah Hüseyn və digər millət vəkilləri tərəfindən dəstəklənib.