...

Azərbaycanın Kapital bankı Ukrayna bazarına çıxmağı planlaşdırır

Siyasət Materials 12 Oktyabr 2006 10:34 (UTC +04:00)
Azərbaycanın Kapital bankı Ukrayna bazarına çıxmağı planlaşdırır

Azərbaycanın Kapital bankı Ukrayna bazarına çıxmağı planlaşdırır. Bu barədə Trend in Ukraynadakı xüsusi müxbirinə Kapital bank SKB-nin idarə heyətinin sədri Rauf Rzayev bu günlərdə Yaltada keçirilən Retail banking II beynəlxalq konfransının gedişində bəyan edib.

"Bunun hansı formada həyata keçiriləcəyi hələ həll olunur. Ancaq yəqin ki, əvvəlcə bu, nümayəndəlik olacaq", - deyə R.Rzayev bildirib.

İdarə heyətinin sədri qeyd edib ki, qərar qəbul edildiyi halda, nümayəndəliyin Dnepropetrovskda açılması planlaşdırılır.

Bankirin sözlərinə görə, Kapital bankın Ukraynada iştirakı zərurəti bank müştərilərinin maraqlarının təmin olunmasından irəli gəlir.

Xəbər lenti

Xəbər lenti