...

Nazir müavini: Xəzərin statusu üzrə növbəti görüş Tehranda keçiriləcək

Siyasət Materials 12 Oktyabr 2006 14:19 (UTC +04:00)
Nazir müavini: Xəzərin statusu üzrə növbəti görüş Tehranda keçiriləcək

2006-cı ilin sonunadək Tehranda Xəzərin hüquqi statusu üzrə işçi qrupun görüşü keçiriləcək. Trend xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

X.Xələfov qeyd edib ki, Xəzərin hüquqi statusu üzrə danışıqlar davam edir. Hazırda Azərbaycan İranla ikitərəfli danışıqlar aparır. "İranın xarici işlər nazirinin müavini Mehdi Səfərinin Azərbaycana səfəri zamanı bu məsələ müzakirə edilib. Eyni zamanda İrana səfər zamanı mən Xəzər məsələsi üzrə onunla ayrıca görüş keçirdim. Hazırda işçi qrupun fəaliyyəti üzrə yeni tədbirlər nəzərdə tutulub", - deyə nazir müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti