...

Nazir: Yaxın vaxtlarda Azərbaycan bazarında tikinti materiallarının qiyməti aşağı düşəcək

Siyasət Materials 13 Oktyabr 2006 13:01 (UTC +04:00)
Nazir: Yaxın vaxtlarda Azərbaycan bazarında tikinti materiallarının qiyməti aşağı düşəcək

Yaxın vaxtlarda Azərbaycan bazarında tikinti materiallarının qiyməti aşağı düşəcək. Trend xəbər verir ki, bu barədə bu gün iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

Onun sözlərinə görə, qiymətlərin yüksək olması tikinti sektorunun dinamik inkişafı ilə izah olunur.

H.Babayev bildirib ki, İİN marşrutu olan özəl sektor sahibkarlarına və sürücülərə dair sərt və səmərəli tədbirlər görmək niyyətindədir. Onun sözlərinə görə, bu tədbirlər o qədər sərt və səmərəli olacaq ki, sürücülər marşrutların qiymətini süni şəkildə qaldırmağa və ya sərnişinlərə pulun qalığını qaytarmamağa cürət etməyəcəklər.

"Tariflər kilometraj əsasında müəyyənləşdirilib və mən əminəm ki, marşrutlar müəyyən olunmuş qaydalara əsasən işləyəcəklər", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti