...

Rəsmi Bakı Fransa Senatını qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza müəyyən edən qanunu təsdiq etməməyə çağırır

Siyasət Materials 13 Oktyabr 2006 13:58 (UTC +04:00)
Rəsmi Bakı Fransa Senatını qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza müəyyən edən qanunu təsdiq etməməyə çağırır

"Fransa Parlamentinin alt palatasının qondarma "erməni soyqırımı"nın inkar edilməsinin ölkədə qeyri-qanuni hesab olunması üzrə qanuna dair səsverməni böyük təəccüb və narahatlıqla qarşıladıq".

Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Təəssüflər olsun ki, Ermənistan və onun diasporu sülh və sabitliyə töhfə vermək əvəzinə regiondakı vəziyyətdə çox destruktiv rol oynamaqda davam edir.

Tam anlayaraq ki, qarşıda bu təşəbbüs Senat tərəfindən də təsdiq olunmalıdır, biz Fransa Parlamentini bu məsələyə daha ehtiyatlı, qərəzsiz və balanslı yanaşmağa sövq edirik", - deyə bəyanatda deyilir.

Fransa Hökumətinin bu qanunverici aktla razı olmadığını nəzərə alaraq, ümidvarıq ki, Fransa Senatı beynəlxalq ictimaiyyətin Avropanın bu strateji vacib regionunda təhlükəsizlik, sabitlik və qarşılıqlı etimad mühitinin yenidən qurulmasında elan etdiyi marağına tam uyğun olaraq, bu mənfi addımın qarşısını alacaq", - deyə Azərbaycan XİN bəyan edir.

Xəbər lenti

Xəbər lenti