Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (PA) hüquq və siyasi komitəsi sədrinin müavini seçilib. Trend xəbər verir ki, bu barədə Azərbaycanın QİƏT PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Asəf Hacıyev bildirib.
Xatırladaq ki, oktyabrın 12-də Moldovanın Kişinyov şəhərində QİƏT PA-nın hüquq və siyasi komitəsinin iclası keçirilib.
A.Hacıyev bildirib ki, iclasda bir neçə məsələ ilə yanaşı, intellektual mülkiyyətin hüquqi əsasları də müzakirə olunub. İntellektual problemin dünyada aktual olduğunu deyən millət vəkili Azərbaycanın bu məsələ ilə bağlı BMT-nin konvensiyasına qoşulduğunu da bildirib. Toplantıda təşkilati məsələlərə də baxıldığını deyən millət vəkili komitənin sədri və müavinlərinin seçildiyini deyib: "Çox xoş haldır ki, Azərbaycan nümayəndə heyətinin üzvü Mübariz Qurbanlı komitə sədrinin müavini seçilib. Hesab edirəm ki, bu da Azərbaycanın beynəlxalq aləmdə artın nüfuzu ilə əlaqədardır".
Millət vəkili toplantıda müzakirə olunan məsələlərlə bağlı nümayəndə heyətimizin üzvlərinin çıxışlar etdiyini bildirib.