...

Azərbaycanın nazirlik və idarə rəhbərləri Küveytə səfər edəcəklər

Siyasət Materials 13 Oktyabr 2006 16:38 (UTC +04:00)

İlin sonunadək Azərbaycanın nazirlik və idarə rəhbərlərinin Küveytə səfər edəcəyi gözlənilir. Bu barədə Azərbaycanın Küveytdəki Fövqəladə və Səlahiyyətli Səfiri Şahin Abdullayev Trend ə eksklüziv olaraq məlumat verib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Küveytə səfər etməyi planlaşdırır. Səfərin müddəti hələ razılaşdırılır, lakin ilkin müddət - noyabr ayının sonudur.

Dekabrın əvvəlində Azərbaycan höküməti baş nazir müavini, Qaçqın və məcburi köçkünlərlə iş üzrə Dövlət komitəsinin sədri Əli Həsənov Küveytə səfər edəcək. Həmçinin Azərbaycanın maliyyə naziri Samir Şərifovun da ölkəyə qarşılıqlı səfəri nəzərdə tutulub. Səfir bildirib ki, Küveytin maliyyə naziri artıq Azərbaycanda olub.

Xəbər lenti

Xəbər lenti