...

GUAM MDB dövlətlərini Rusiya və Gürcüstana dair böhranın aradan qaldırılması üzrə səyləri dəstəkləməyə çağırır

Siyasət Materials 16 Oktyabr 2006 19:08 (UTC +04:00)

GUAM ölkələri (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlətlərini Rusiya və Gürcüstana dair böhranın aradan qaldırılmasına yönəlmiş səyləri dəstəkləməyə çağırır. GUAM Parlament Assambleyasının toplantısının yekunlarına görə müvafiq bəyanatı bu gün MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının toplantısında Ukrayna XİN yayıb. Bu barədə RBK xəbər verir.

Bəyanatda qeyd olunub ki, Birlik dövlətlərinin biri tərəfindən digərinə qarşı tətbiq olunan istənilən qeyri-adekvat hərəkət MDB-nin əsas sənədlərində qeyd olunmuş qarşılıqlı münasibət prinsiplərinə uyğun gəlmir.

GUAM Rusiyanı Gürcüstanla iqtisadi, humanitar və digər dövlətlərarası əlaqələrin dayandırılmasına yönəldilmiş birtərəfli hərəkətlərdən imtina etməyə çağırır. Bəyanatda əminliklə qeyd olunub ki, münaqişələrin nizamlanması ilə bağlı yaranmış problemlər beynəlxalq hüququn hamı tərəfindən tanınan norma və prinsiplərinə uyğun danışıqlar masası arxasında həll olunmalıdır.

GUAM həmçinin Gürcüstan ərazisində münaqişələrin nizamlanması məsələsində onun təşəbbüsünü, o cümlədən sülhün qorunması üzrə danışıq və əməliyyat formatının genişləndirilməsinə yönəlmiş təkliflərini dəstəkləyir.

Bundan əlavə, GUAM Rusiyanın 2008-ci il ərzində öz hərbi bazalarının və Zaqafqaziyadakı Rusiya qoşunları qrupunun hərbi obyektlərinin Gürcüstan ərazisindən çıxarmaq öhdəliyini dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti