...

Gəncədə maye qazın qiyməti qalxıb

Siyasət Materials 17 Oktyabr 2006 12:26 (UTC +04:00)

Gəncədə 1 litr maye qazın qiyməti 18 qəpikdən 24 qəpiyə qalxıb. Trendin qərb bürosu məlumat verir ki, qiymət artımı ilə əlaqədar şəhərdə olan bir neçə qazdoldurma məntəqəsi fəaliyyətini dayandırıb.

Qeyd edək ki, məntəqələr maye qazı "Qaradağ" Qaz emalı Zavodundan alırlar. Məntəqə satıcıları yaranan qıtlığı zavodda olan süründürməçiliklə əlaqələndirirlər. Gəncə Şəmkir yolunun 3-cü kilometrliyində yerləşən yanacaqdoldurma məntəqəsinin sahibi Vilayət Quliyev bildirib ki, maye qaz gətirməyə gedən maşınlar günlərlə zavodun qarışısında dayanmalı olur. Bundan başqa zavoddan maye qaz baha qiymətə alınır.

"Simurq" nəqliyyat şirkətindən Trendə verilən məlumata görə, maye qazla işləyən avtomobil sürücüləri artıq bu yanacaq növündən imtina edirlər. Səbəb baha qiymətə satılan maye qazın keyfiyyətinin aşağı olmasıdır.

İqtisadi İnkişaf Nazirliynin Gəncə-Qazax regional şöbəsinin rəisi Azər Muradov şəhərdə maye qazın qiymətinə nəzarətin onların səlahiyyətində olmadığını bildirdi. Və qeyd etdi ki, Azəriqazın monitorinq qrupu var, maye qazın qiymətinə onlar nəzarət edir.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini İlham Əliyev isə maye qazın qiymətinin artamısının səbəbləri ilə bağlı heç bir açıqlama vermədi.

Xəbər lenti

Xəbər lenti