...

NATO PA Alt Komitəsinin nümayəndə heyəti QHT nümayəndələri ilə görüşüb

Siyasət Materials 17 Oktyabr 2006 15:55 (UTC +04:00)

NATO Parlament Assambleyası Gələcək Təhlükəsizlik və Müdafiə Bacarıqları üzrə Alt Komitəsinin nümayəndə heyəti Cənubi Qafqazda NATO-nun rolu ilə əlaqədar olaraq Beynlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) ölkənin aparıcı QHT-lərinin nümayəndələri ilə görüşüb. Trend xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu ölkənin hərbi sahədə NATO ilə əməkdaşlıq məsələləri, insan hüquqları, demokratikləşmə, korrupsiyaya qarşı mübarizə və vətəndaş jəmiyyətinin inkişafı məsələləri olub.

Tədbirdə iştirak edən QHT nümayəndələri NATO-vətəndaş cəmiyyəti münasibətlərinin qanedici səviyyədə olmaması, çox az sayda QHT-nin NATO ilə bu və ya digər formada əməkdaşlıq etməsi, ümumiyyətlə digər beynəlxalq təşkilatlarla müqayisədə NATO-nun ölkədə gedən demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu proseslərinə daha çox diqqət yetirməsinin zəruriliyi nümayəndə heyətinin diqqətinə çatdırılıb.

Nümayəndə heyətinin rəhbəri Vahid Erdem qeyd edib ki, Azərbaycana səfərin əsas məqsədi hakimiyyət rəsmiləri, QHT və media nümayəndələri ilə görüşərək NATO-ya inteqrasiya olunmaq istiqamətində mövcud vəziyyətlə tanış olmaqdan və "Cənubi Qafqazda NATO-nun rolu" adlı yekun hesabatda üç cənubi Qafqaz ölkəsindəki reallığı əks etdirməkdən ibarətdir.

Tədbirdə millət vəkili Səyavuş Novruzov, Milli Məclisin Beynəlxalq Münasibətlər Departamentinin bölmə müdiri Rahiğ Axundov, Avrasiya Hüquqşünaslar Assosiasiyasının prezidenti Nadir Adilov və digər QHT rəhbərləri iştirak edib.

Xəbər lenti

Xəbər lenti