...

İlham Əliyev Aleksandr Lukaşenkonu Azərbaycana rəsmi səfərə dəvət edib

Siyasət Materials 17 Oktyabr 2006 16:13 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Aleksandr Lukaşenkonu Bakıya rəsmi səfərə dəvət edib. Trend in Belta-ya istinadən xəbər verdiyi kimi, bu barədə Azərbaycan prezidenti oktyabrın 17-də Minskdə Belaruslu həmkarı ilə dar çərçivədə keçirilmiş görüşdə bəyan edib.

Azərbaycan Belarusla əlaqələrin daha intensiv inkişafında maraqlıdır. İlham Əliyevin sözlərinə görə, o, bu səfərini "olduqca dinamik inkişaf edən ikitərəfli münasibətlərin mühüm elementi hesab edir". O vurğulayıb ki, Belarus böyük iqtisadi, sənaye və intellektual potensiala malikdir.

Belaruslu həmkarına müraciət edən Azərbaycan dövlət başçısı qeyd edib: "Siz ölkə əhalisindən böyük dəstək alırsınız. Bu, fəal şəkildə müxtəlif islahatlar keçirməyə imkan verir". Azərbaycan lideri Belarusda həyata keçirilən siyasətin sosial yönümlü olmasının vacibliyini yüksək qiymətləndirib. "Bu, çox düzgündür. Belə ki, biz xalqlarımızın yaxşı yaşaması üçün çalışmalı və buna can atmalıyıq", - deyə İlham Əliyev bildirib.

O qeyd edib ki, artıq Belarus və Azərbaycan arasında münasibətlərin inkişafı istiqamətində böyük işlər görülüb: hökumətlərarası komissiya yaradılıb, Bakıda və Minskdə ölkələrimizin səfirlikləri açılıb, hökumət başçılarının səfərləri həyata keçirilib. İndi isə Azərbaycan prezidentinin Belarusa ilk rəsmi səfəri keçir. İlham Əliyevin sözlərinə görə, bu səfər ikitərəfli münasibətlərin yeni inkişaf perspektivlərini açır. Prezident əminliyini bildirib ki, imzalanan sənədlər Belarus-Azərbaycan əməkdaşlığının inkişafı üçün ciddi hüquqi baza yaradacaq. "Biz Belarusu dost, tərəfdaş hesab edir və münasibətləri hərtərəfli inkişaf etdirmək arzusundayıq. Əminəm ki, səfər çərçivəsində biz əməkdaşlığın yeni istiqamətlərini müəyyən edəcəyik", - deyə dövlət başçısı sonda qeyd edib.

Öz növbəsində, Belarus prezidenti Azərbaycanla mal dövriyyəsinin artım dinamikasını müsbət qiymətləndirib. A.Lukaşenko vurğulayıb ki, "biz Sizinlə o məqamda görüşürük ki, qarşılıqlı münasibətlərimizin əsasını təşkil edən mal dövriyyəsi hər il 85% artır. Bu çox yaxşı dinamikadır". Bununla belə o, qarşılıqlı ticarətin həcminin artırılması zəruriliyini qeyd edib.

Aleksandr Lukaşenko bəyan edib ki, Belarus həmişə Azərbaycan rəhbərliyi, xüsusilə Heydər Əliyevlə çox yaxşı münasibətdə olub. Belarus prezidenti vurğulayıb ki, bu siyasətçini qanun pozuntuları, xüsusilə korrupsiya sahəsində güzəştə getmədən mübarizə aparan insan kimi xatırlayır. "Mənim üçün çox xoşdur ki, Siz atanıza oxşayırsınız", - deyə o, İlham Əliyevə müraciət edərək deyib.

Xəbər lenti

Xəbər lenti