...

Belarus və Azərbaycan əməkdaşlığın geniş spektri üzrə saziş imzalayıb

Siyasət Materials 17 Oktyabr 2006 18:10 (UTC +04:00)
Belarus və Azərbaycan əməkdaşlığın  geniş spektri üzrə saziş imzalayıb

Oktyabırn 17-də Minskdə Belarus və Azərbaycan prezidentlərinin danışıqlarının yekunu üzrə bir sıra mühüm ikitərəfli sənədlər imzalanıb.

Trend Beltaya istinadən xəbər verir ki, Aleksandr Lukaşenko və İlham Əliyevin iştirakı ilə beynəlxalq yük daşınmaları haqqında hökümətlərarası saziş, nəqliyyat sahəsində əməkdaşlıq haqqında memorandum, bədən tərbiyəsi və idman, təhsil, kiçik sahibkarlıq, kənd təsərrüfatı sahəsində qarşılıqlı fəaliyyət haqqında saziş imzalanıb.

Həmçinin iki ölkənin Fövqəladə Hallar Nazirlikləri, Belarus Respublikasının Milli dövlət teleradioşirkəti və "Azərbaycan televiziya və radioyayım" QSC əməkdaşlıq haqqında saziş imzalayıblar.

Aleksandr Lukaşenko və İlham Əliyev Belarus Respublikası və Azərbaycan Respublikası arasında 2015-ci ilə qədər sosial-iqtisadi əməkdaşlıq haqqında Müqavilə imzalayıblar.

Xəbər lenti

Xəbər lenti