...

Azərbaycan prezidenti İlham Əliyev Minskə səfərinin yekunlarını yüksək qiymətləndirib

Siyasət Materials 19 Oktyabr 2006 10:27 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Minskə səfərinin yekunlarını yüksək qiymətləndirib. Minski tərk etməzdən əvvəl dövlət başçısı bəyan edib ki, "Belarusun sənaye və iqtisadi potensialı iki ölkə arasında bütün istiqamətlərdə səmərəli əməkdaşlıq üçün yaxşı baza olacaq".

Trend in Belta agentliyinə istinadən xəbər verdiyi kimi, İlham Əliyev əmindir ki, Belarus rəhbərliyi ilə keçirilmiş görüş sayəsində qarşılıqlı faydalı əməkdaşlıq daha da intensiv inkişaf edəcək. Bütövlükdə prezident səfərini uğurlu adlandırıb.

Xatırladaq ki, İlham Əliyev 17-18 oktyabrda Minskdə rəsmi səfərdə olub.

Xəbər lenti

Xəbər lenti