...

Prezident Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair dövlət proqramı haqqında sərəncam imzalayıb

Siyasət Materials 19 Oktyabr 2006 20:33 (UTC +04:00)

Trend xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 19-da Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair dövlət proqramı haqqında sərəncam imzalayıb.

Sənəddə qeyd edilir ki, xarici ölkələrin nüfuzlu ali məktəblərində azərbaycanlı gənclərin təhsil almalarını və onların müstəqil Azərbaycanın inkişafı üçün güclü amilə çevrilmələrini təmin etmək məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət proqramını üç ay ərzində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti