...

Nazir: Azərbaycan və İtaliya arasında xarici ticarət strukturunda dəyişikliklər edilə bilər

Siyasət Materials 20 Oktyabr 2006 13:49 (UTC +04:00)
Nazir: Azərbaycan və İtaliya arasında xarici ticarət strukturunda dəyişikliklər edilə bilər

Bu gün Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İtaliya hökümətlərarası komissiyanın ilk toplantısı keçirilib. Trend xəbər verir ki, komissiyanın yekunları üzrə brifinqdə İtaliya tərəfinin həmsədri, İtaliyanın xarici işlər nazirinin müavini Famiano Kruçanelli bildirib ki, bu günə qədər Azərbaycan və İtaliya arasında əməkdaşlıq, əsasən, neft əməliyyatlarının üzərində qurulub.

"Azərbaycan İtaliyanın enerji təhlükəsizliyinə öz töhfəsini verə bilər. Azərbaycanın enerji sektoru bundan sonra da inkişaf etməlidir. Ölkələr arasında kommersiya əlaqələri iqtisadiyyatın müxtəlif sahələrində inkişaf etməlidir. Biz qarşılıqlı mənfəətli olan əməkdaşlıq üçün inkişaf etdirə biləcəyimiz sektorları, və ilk növbədə, aqrar sənaye kompleksi sahəsindəki sektorları təhlil edəcəyik", - deyə o bildirib.

Onun sözlərinə görə, yüngül sənaye məhsullarının istehsalı İtaliya üçün maraq kəsb edir.

Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib ki, bu gün Azərbaycan və İtaliya arasında ticarətlərarası dövriyyənin əhəmiyyətli hissəsini xammal təşkil edir.

"Biz emal məhsulunu ixraca daxil etmək, xammalı çıxarmaq istəyirik. Bu gün ölkələr arasında idxal-ixrac əməliyyatları həqiqəti əks etdirir. Bu gün biz 2005-ci ilə nisbətən ticarət dövriyyəsinin 4 dəfə artıdığını müşahidə edirik. Lakin biz kənd təsərrüfatı, sənaye mallarını daxil etməklə, yaxın vaxtlarda xarici ticarət strukturunda bəzi dəyişikliklər etmək istəyirik", - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti