...

Dövlət Neft Şirkəti prezidentinin birinci müavini: Azərbaycanda neft hasilatında yeni rekord əldə olunub

Siyasət Materials 20 Oktyabr 2006 18:18 (UTC +04:00)
Dövlət Neft Şirkəti prezidentinin birinci müavini: Azərbaycanda neft hasilatında yeni rekord əldə olunub

Oktyabr ayında Azərbaycanda ölkənin bütün neft sənayesi tarixi ərzində illik neft hasilatının həcmi rekordu keçərək 30,5 mln. tonu ötüb. Bu gün Azərbaycan Dövlət Neft Şirkəti prezidentinin geofizika, geologiya və yataqların işlənməsi üzrə birinci müavini Xoşbəxt Yusifzadə bildirib ki, yeni rekord oktyabrın 5-də əldə olunub. Bu barədə Trend xəbər verir. Ölkədə neft istehsalının əvvəlki rekordu 40-cı illərdə qoyulub.

Onun sözlərinə görə, bu il 31-32 mln. tondan artıq neft hasil ediləcək. "Bu həcmin 2/3 hissəsindən çoxu xarici əməliyyat şirkətləri tərəfindən hasil olunacaq, qalanları isə ARDNŞ-in payına düşəcək", - deyə o bildirib.

Bu il Azərbaycan Dövlət Neft Şirkəti 2005-ci illə müqayisədə həmçinin qaz hasilatının illik həcmini də artırıb. "Ehtimal olunur ki, ARDNŞ üzrə qaz hasilatında ümumi artım 2006-cı ildə 1 mlrd. m3 təşkil edəcək", - deyə Xoşbəxt Yusifzadə qeyd edib.

2007-ci ildə ARDNŞ üzrə hasilat 2006-cı ilin həcmlərindən 1 mlrd. m3 çox olacaq.

Xəbər lenti

Xəbər lenti