...

Azərbaycanda bələdiyyələrin gəlirlərinin təhlili aparılıb

Siyasət Materials 25 Oktyabr 2006 18:51 (UTC +04:00)

Azərbaycanda bələdiyyələrinin fəaliyyətinin təhlili göstərir ki, bu orqanların inkişafı çox aşağı templə gedir. Bu barədə Trend ə bələdiyyələrlə bağlı təhlil aparmış Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqli məlumat verib.

O bildirib ki, hazırda ölkədə 2342 bələdiyyənin orta aylıq gəliri ümumi respublika göstəricisinə görə aşağıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, birinci yarımildə bələdiyyələrin orta ayılq göstəricisi 736 manata bərabər olub ki, bu da ötən illə müqayisədə 6 manat aşağıdır: "Nəzərə alsaq ki, bələdiyyələr əmlak və torpaq vergisinin yığımına ikinci yarımildə başlayır, onda ehtimal etmək olar ki, bu rəqəm arta bilər".

Gəlirlərin həcminə görə, birinci beşliyə ardıcıl olaraq Mingəçevir (24583 manat), Sumqayıt (19894 manat), Əli Bayramlı (17016 manat) Bakı (12761 manat) və Abşeron (12644 manat ) rayonları daxildir. Gəncə bələdiyyələrinin gəliri isə 5116 manata bərabər olub. Bununla yanaşı 316 bələdiyyənin gəlirlərinin həcmi ümumrespublika göstəricisindən yüksəkdir. Təəsüfflə qeyd edilməlidir ki, Naxçıvan, Yardımlı, Lerik, Füzuli və Daşkəsən bələdiyyələrinin də daxil olduğu sonuncu beşliyin aylıq gəliri cəmi 35 manata bərabər olub. Respublikada ən aşağı göstərici isə Lerik bələdiyyələrinə məxsusdur. Belə ki, 98 bələdiyyəni əhatə edən rayonun aylıq göstəricisi 7 manata bərabər olub. Xatırladaq ki, ötən il bu rayonunun göstəricisi 51 manat olub.

Bələdiyyələrin gəlirlərinin 66,5 % -ni bələdiyyə əmlakının icarəsindən və özəlləşdirilməsindən daxil olan vəsait təşkil edib. Qeyd edək ki, bura əsasən, torpaqla bağlı əməliyyatlar aiddir. Ümumi gəlirlərdə fiziki şəxslərdən torpaq vergisinin həcmi 17 % -ə, əmlak vergisinin həcmi isə 3 %- ə çatmır. Yerli büdcənin xərc hissəsi isə ay ərzində 714 manat təşkil edib. Bu rəqəmin 32 % yerli orqanların, 10,5 % mənzil kommunal təsərrüfatının saxlanmasına, 15 % - i isə yol tikintisinə xərclənib.

Xəbər lenti

Xəbər lenti