...

Hacı Bəhram Kazımzadə: Xomeyni İmdad Komitəsi tərəfindən İrandan Azərbaycana gətirilən 250 tonluq çəkidə humanitar yardımın 160 tonunu ət təşkil edir

Siyasət Materials 26 Oktyabr 2006 17:56 (UTC +04:00)

Oktyabrın 26-da İran İslam Respublikasının İmam Xomeyni İmdad Komitəsi beynəlxalq humanitar təşkilatının Azərbaycana gətirdiyi 250 tonluq humanitar yardımın 160 tonunu ət təşkil edir. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Xomeyni İmdad Komitəsi beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyində keçirilən humanitar yardımın qarşılanma mərasimində nümayəndəliyin rəhbəri Hacı Bəhram Kazımzadə məlumat verib.

O bildirib ki, əsasən ərzaq məhsulları və məişət əşyalarından ibarət humanitar yardım təşkilatın himayəsində olan qaçqın, məcburi köçkün, əlil, şəhid, ailə başçısını itirmiş, tənha, kimsəsiz ailələr arasında paylanacaq. "Komitə Azərbaycanın 19 rayonunda və 500-ə yaxın qəsəbə və kəndlərində öz humanitar fəaliyyətini quraraq əhalinin müxtəlif təbəqələrindən olan 40000 nəfərə yaxın qaçqın, köçkün, əlil, şəhid, tənha və kimsəsiz ailələri himayəsinə götürüb, onlara ərzaq, pul, həkim müayinəsi, dərman preparatları, ev əşyaları, mənzilləri bərbad vəziyyətdə olanların evlərinin təmiri, 1000 nəfərdən çox tələbə və şagirdlərə məktəb ləvazimatı, əlavə olaraq 1000 nəfərə yaxın yetim uşaqlara aylıq pul yardımı və ehtiyac duyulan digər sahələrdə təmənnasız təsirli yardımlar göstərməkdədir" - deyə B.Kazımzadə bildirib.

Nümayəndəliyin rəhbəri onu da qeyd edib ki, Müqəddəs Ramazan ayı ərəfəsində Bakıda və fəaliyyət göstərdiyi digər 19 rayonda 15000 nəfərə iftar proqramı çərçivəsində Azərbaycanda işsizliyin aradan qaldırılması üçün kənd təsərrüfatının müxtəlif sahələrində, o cümlədən, maldarlıq, qoyunçuluq, arıçılıq, quşçuluq, əkinçilik, toxuculuq və digər sahələrdə 1000-dən artıq iş yerinin açılmasına yardım edib və bu iş gündən-günə geniş vüsət alır.

Xəbər lenti

Xəbər lenti