...

Lətif Qəndilov: Azərbaycanın dövlət dili kiril əlifbasından latın əlifbasına uğurla keçib

Siyasət Materials 27 Oktyabr 2006 13:28 (UTC +04:00)

Bu həftə Qazaxıstan Xalqlar Assambleyasının 12-ci sessiyasında ölkə prezidenti Nursultan Nazarbayev mütəxəssislərə yarım il ərzində dövlət dilinin latın əlifbasına keçiriliməsi məsələsini ətraflı şəkildə nəzərdən keçirməyi tapşırıb.

Artıq Azərbaycan dövlət dilinin kiril əlifbasından latın əlifbasına keçməsi istiqamətində analorji təcrübəyə malikdir. Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilovun Trend in Astanadakı xüsusi müxbirinə verdiyi məlumata görə, Azərbaycanda bu proses 1992-ci ildə başlayıb və 7-8 il davam edib. Latın əlifbasına tam keçid 1 avqust 2006-cı ildə başa çatıb.

Səfir qeyd edib ki, bu, mürəkkəb proses olub və tədricən həyata keçirilib.

O xatırladıb ki, Azərbaycanda latın əlifbasına keçid ilk dəfə deyil ki, həyata keçirilir. "Əvvəlcə inqilabdan sonra latın şrifti tətbiq olunub. İkinci dünya müharibəsindən əvvəl 1939-cu ildə respublika kiril əlifbasına keçib. Və 50 ildən artıq müddətdən sonra yenidən latın əlifbasına keçilməsi ilə bağlı qərar qəbul edilib", - deyə L.Qəndilov bildirib.

"Azərbayanda latın əlifbasına keçilməsinə baxmayaraq, bu dillə yanaşı, rus, o cümlədən türk və ingilis dillərini də gözəl bilirlər", - deyə L.Qəndilov sonda qeyd edib.

Xəbər lenti

Xəbər lenti