...

Qənirə Paşayeva: "AŞPA-da Azərbaycanda siyasi məhbus problemi gündəlikdən çıxarılıb"

Siyasət Materials 30 Oktyabr 2006 17:45 (UTC +04:00)
Qənirə Paşayeva: "AŞPA-da Azərbaycanda siyasi məhbus problemi gündəlikdən çıxarılıb"

Azərbaycanla Avropa Şurası arasında siyasi məhbus məsələsi ilə bağlı hər hansı bir problemin olduğunu düşünmürəm. Bu barədə Trend ə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva qurumun Azərbaycan üzrə həmməruzəçi A.Herkelin siyasi məhbuslarla bağlı məruzəçinin zəruriliyi barədə söylədiklərinə münasibət bildirərkən qeyd edib.

Millət vəkili bildirib ki, A.Herkel bir məruzəçi kimi öz fikirlərini bildirə bilər. Ancaq onun siyasi məhbus məsələsi ilə bağlı hansısa məruzəçinin təyin olunması ibarədə fikirləri real görünmür: "Çünki AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Malkolm Bryus öz missiyasını başa çatdırdıqdan sonra bu məsələ Avropa Şurasının gündəliyindən çıxarılıb. Əgər AŞPA lazım bilsəydi, o zaman məsələ ilə bağlı yeni məruzəçinin təyin edilməsini gündəlikdə saxlayardı".

Q.Paşayeva onu da qeyd edib ki, AŞPA-nın Azərbaycanda gördüyü siyasi məhbuslar prezidentin əfv fərmanları ilə azadlığa buraxılıb: "Bu məsələ ilə bağlı Azərbaycanla Avropa Şurası arasında hər hansı bir problemin olduğunu düşünmürəm. Belə bir problem yoxdur".

AŞPA-ya Azərbaycanda siyasi məhbuslarla bağlı siyahılar göndərilən bir zamanda məhkum olunanlar Avropa Məhkəməsinə müraciət edə bilmirdilər. Azərbaycan beynəlxalq konvensiyaya qoşulduqdan sonra vətəndaşlar Avropa Məhkəməsinə müraciət etmək hüququ qazandılar: "Azərbaycan məhkəmələrində öz hüquqlarının tapdandığını güman edənlər indi sərbəst şəkildə Avropa Məhkəməsinə müraciət edə bilirlər. Kimsə hesab edirsə ki, o siyasi məhbusdur, bu problemi də Avropa Məhkəməsi həll edə bilər".

Xəbər lenti

Xəbər lenti