Azərbaycan prezidenti İlham Əliyev Əlcazair prezidenti Əbdüləziz Buteflikə ölkənin milli bayramı - İnqilab günü münasibətilə təbrik məktubu göndərib.
Trend xəbər verir ki, dövlət başçısı məktubda ümidvar olduğunu bildirib ki, Azərbaycan-Əlcazair münasibətləri iki xalqın maraqları naminə bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək.