...

Yuri Şafrannik: Azərbaycan Xəzərdə əsas oyunçudur

Siyasət Materials 1 Noyabr 2006 10:00 (UTC +04:00)
Yuri Şafrannik: Azərbaycan Xəzərdə əsas oyunçudur

Trend in Moskvadakı xüsusi müxbirinin Rusiya Neft və Qaz İstehsalçıları İttifaqının sədri Yuri Şafranniklə eksklüziv müsahibəsi

-Neft-qaz marşrutlarının inkişafı ilə bağlı qlobal enerji dialoqunda Azərbaycanın iştirak perspektivlərini necə qiymətləndirirsiniz?

- Mən həmişə Azərbaycanı həm tarixi, həm kadrlar, həm də potensial baxımından Xəzərdə əsas ölkə, əsas oyunçu kimi qiymətləndirmişəm və qiymətləndirirəm. Mən Azərbaycanı, onun malik olduğu və malik olacağı ehtiyatların həcmindən asılı olmayaraq, etibarlı tərəfdaş kimi qiymətləndirirəm. Hətta Qazaxıstan şelfində beş dəfə çox ehtiyat olarsa belə, Azərbaycan hələ uzun müddət əsas oyunçu olacaq.

- Enerji resurslarının tədarükçüsü və transregional enerji layihələrinin inkişafı baxımından tranzit ölkə kimi Azərbaycanın perspektivlərini necə görürsünüz?

- Azərbaycan tranzitor deyil, enerji resurslarının tədarükçüsüdür. Tranzit ölkə qismində Azərbaycan Gürcüstanı və ya Rusiyanı seçib. Ola bilsin ki, gələcəkdə bu, İran olsun. Qazaxıstan neftinin tranzitinə gəlincə, şübhəsiz ki, biz, Rusiya, bu neftin bizim ərazi ilə tranzitinə təkid edəcəyik. Bizim Qazaxıstanla çox ciddi KTK ("Tengiz-Novorossiysk") layihəmiz var. Bizim Qazaxıstanla digər tranzit variantlarımız da var. Bu halda Rusiya maraqları Rusiyanın tranzit ölkə olmasına yönəldilib. Lakin bütün bunları normal rəqabət kimi qəbul etmək və ya birgə variantlar tapmaq lazımdır.

- Bakı-Novorossiysk boru kəməri üzrə Rusiya və Azərbaycan arasındakı qarşılıqlı fəaliyyətə dair nə deyə bilərsiniz?

- Bizim borumuz var, bizim münasibətlərimiz mövcuddur. Heç nə dəyişməyib. Sadəcə Azərbaycanın variantları yaranıb. Hər halda, mən hesab edirəm ki, öz xalqı və öz rifahı naminə Azərbaycanın düzgün saydığı kimi qərar qəbul etmək hüququ var.

- Moskvada keçirilmiş beynəlxalq forum - Energetika Həftəsini necə qiymətləndirdiniz?

- Yaxşı ki, bu, hər il keçirilir. Rusiya prezidenti enerji tarazlığı, enerji əməkdaşlığı və Rusiyanın forumda iştirakı ilə bağlı təklif irəli sürməsi ona təkan verdi ki, indi bütün ölkələr bununla bağlıdırlar və bu, əladır. Enerji əməkdaşlığı, xüsusi ilə orada hansısa konyunktur və ya siyasi əlavələr yoxdursa, bu, bizim üçün, hamımız üçün ən sağlamıdır. Və Azərbaycan üçün Rusiya keçən əsrin 90-cı illərin əvvəllərində və sonra da müxtəlif layihələrdə Heydər Əliyev təşəbbüsünü dəstəkləyən stabil oyunçu kimi görünüb. Rusiya bütün layihələri dəstəkləyib. Eyni ilə Rusiya Qazaxıstan üçün də stabildir. Ona görə də şikayətlənmək günah olardı. Biz gələcək əməkdaşlıqda maraqlıyıq.

Xəbər lenti

Xəbər lenti