...

Türkiyənin təhsil naziri Azərbaycandakı türk tələbələrə tibbi yardımın göstərilməsi ilə bağlı problemlərdən narahatdır

Siyasət Materials 1 Noyabr 2006 14:09 (UTC +04:00)

Türkiyənin təhsil naziri Hüseyn Çəlik Azərbaycanda təhsil alan türkiyəli tələbələrə tibbi yardımın göstərilməsi ilə bağlı problemlərdən narahatdır. Trend in xəbər verdiyi kimi, bu barədə nazir noyabrın 1-də Bakıda azərbaycanlı həmkarı Misir Mərdanovla ikitərəfli görüşdən sonra keçirilmiş brifinqdə bəyan edib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda özəl və dövlət xətti ilə 1500-dək türkiyəli tələbə təhsil alır və lazım gəldikdə, onların tibbi yardımla təmin olunmasında ciddi problem var. Nazir bu məsələni Azərbaycanın müvafiq dövlət qurumları ilə müzakirə etmək niyyətindədir.

Azərbaycanın təhsil naziri ilə görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, xüsusilə tələbə və müəllim mübadiləsi, dərs proqramlarının uyğunluğu və digər məsələlər müzakirə olunub.

Misir Mərdanov brifinqdə bəyan edib ki, Azərbaycan Türkiyə ilə təhsil sahəsində əməkdaşığın inkişafında maraqlıdır. Onun sözlərinə görə, Türkiyədə dövlət xətti ilə 4 minədək azərbaycanlı tələbə təhsil alır.

Nazir qeyd edib ki, yaxın vaxtlarda tərəflər əməkdaşlığın inkişaf etdirilməsi haqqında protokol imzalamaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti