...

İspaniyanın Repsol şirkəti Bakı-Tbilisi-Ceyhan layihəsinə qoşula bilər

Siyasət Materials 1 Noyabr 2006 17:33 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihəsi bu gün neftin Qazaxıstandan Avropaya nəqli üzrə başlıca marşrutlardan biridir. "Və əgər biz artıq Qazaxıstandan neft hasil etsəydik, o zaman bizim şirkətimiz bu layihədə iştirak edərdi", - bu barədə İspaniyanın Repsol şirkətinin baş meneceri Migel Anhel Korvalan Leon Trend in Astanadakı xüsusi müxbirinə eksklüziv olaraq məlumat verib.

Onun sözlərinə görə, Qazaxıstan ildən-ilə ən böyük neft ixracatçısına çevrildiyindən, ölkə qarşısında neftin nəqli məsələsi durur.

"Əlbəttə ki, BTC - QBK ("Tengiz-Novorossiysk") ilə müqayisədə yeni və kifayət qədər maraqlı layihədir", - deyə o bildirib.

"Mən hesab edirəm ki, Qazaxıstan Çin də daxil olmaqla (Atasu- Alaşankou), ölkələrə neft nəqli üçün bütün imkanlardan istifadə etməlidir. Marşrut nə qədər çox olsa, o qədər yaxşıdır. Bu, tədarüklərin diversifikasiyası məsələsidir", - deyə Repsol-un baş meneceri qeyd edib.

Repsol 1997-ci ildə Bayqanin blokunda iş görmək məqsədilə Almatada ofis açaraq, Qazaxıstan bazarına çıxıb. Bu blok Repsol YPF (iştirak payının 60%-i və operator) və Enterprise Oil (hazırda Shell şirkəti - iştirak payının 40%-i) tərkibində konsorsiuma təltif olunub.

2005-ci ildə şirkət Xəzər dənizinin şimal hissəsinin "Jambay" ərazisində neftin kəşfiyyatı və hasilatı layihəsində iştirak haqqında danışıqlara başlayıb (KazMunayQaz şirkətinin proqnozlarına əsasən blokun geoloji ehtiyatları 300 mln. ton şərti yanacaq səviyyəsində qiymətləndirilir).

Xəbər lenti

Xəbər lenti