...

Milli təhlükəsizlik nazirinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvanda səfərdə olub

Siyasət Materials 1 Noyabr 2006 17:39 (UTC +04:00)

Azərbaycanın milli təhlükıəsizlik naziri Eldar Mahmudovun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Bu buradə Trend ə Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzinin rəisi Arif Babayev məlumat verib.

A.Babayev bildirib ki, nazir və nazirliyin onu müşayiət edən bütün strukturlarının rəislərinin Naxçıvana ikigünlük səfəri çərçivəsində muxtar respublikanın Milli Təhlükəsizlik Nazirliyində müşavirə keçirilib.

Müşavirədə son dövrlərdə görülmüş işlərin nəticələri müzakirə edilib, yeni tələblərə, reallıqlara və mövcud əməliyyat şəraitinə uyğun olaraq əsas fəaliyyət istiqamətləri və prinsipləri müəyyənləşdirilib.

Səfər çərçivəsində muxtar respublika Milli Təhlükəsizlik Nazirliyi və onun ərazi orqanlarının yeni tikilmiş və təmir edilmiş inzibati binalarına baxılıb, bu orqanların maddi-texniki bazasının möhkəmləndirilməsi üçün görüləcək əlavə tədbirlər müəyyən edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Iasif Talıbovla görüşdə Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Eldar Mahmudov muxtar respublikanın rəhbərliyi tərəfindən yerli milli təhlükəsizlik orqanlarının şəxsi heyətinin iş və məişət şəraitinin yaxşılaşdırılması üzrə göstərilən diqqət və qayğını xüsusi qeyd edib.

Xəbər lenti

Xəbər lenti