...

Nəcməddin Sadıqov MDB ölkələri müdafiə nazirlikləri qərargah rəislərinin toplantısında iştirak edəcək

Siyasət Materials 1 Noyabr 2006 18:30 (UTC +04:00)

Noyabrın 2-də Azərbaycanın Müdafiə Nazirliyinin qərargah rəisi Nəcməddin Sadıqov Moskvada MDB-yə üzv dövlətlərin müdafiə nazirliklərinin qərargah rəislərinin toplantısında iştirak edəcək. Bu barədə Trend ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov məlumat verib.

Toplantı iştirakçıları müdafiə nazirlikləri arasında əməkdaşlığın inkişaf etdirilməsi sahəsində məsələləri müzakirə edəcəklər.

Qərargah rəislərinin toplantısında 2007-ci ildə MDB-yə üzv ölkələrin silahlı qüvvələrinin nümayəndələrinin birgə hərbi hazırlıq məsələlərinə baxılacağı da ehtimal olunur.

Xüsusilə də 2007-ci ildə ordunun operativ hazırlığı üzrə birgə tədbirlər planlaşdırılması, birləşmiş rabitə sisteminin təkmilləşdirilməsi, naviqasiya və topogeodeziya təyinatı məsələləri, o cümlədən arxiv xidmətlərinin birgə əməkdaşlığının müzakirəsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti