...

Hərbi attaşelər Gürcüstanda assosiasiya yaradırlar

Siyasət Materials 2 Noyabr 2006 18:39 (UTC +04:00)

Gürcüstanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri assosiasiya yaradırlar. Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşesi, general-mayor Elbrus Orucov Trend ə eksklüziv olaraq məlumat verib.

Bu qərar noyabrın 2-də hərbi attaşelərin Tbilisidəki Almaniya səfirliyində keçirilən toplantısında qəbul olunub. Görüşdə 16 ölkənin hərbi attaşeləri iştirak edib.

Gürcüstanda akkreditə olunmuş hərbi attaşelərin Assosiasiyasının yaradılması haqqında qərar qəbul olunub. Assosiasiyanın başçısı seçilib. Bu vəzifəyə Almaniyanın hərbi attaşesi seçilib. Bolqarıstanın hərbi attaşesi, podpolkovnik Barbut Stoyko yekdilliklə onun müavini təyin olunub. Assosiasiyanın rəsmi şəkildə qeydiyyata alınması nəzərdə tutulub, təşkilatın öz gerbi, möhürü olacaq. Fəaliyyət proqramı qəbul olunacaq.

"Gürcüstanda hərbi attaşelərin işi lazımi səviyyədə təşkil olunmadığından assosiasiyanın yaradılması haqqında qərar qəbul olunub. Biz heç cür gürcü tərəfi ilə sıx əlaqələr yarada və hərbi attaşelər üçün müəyyən olunmuş həcmdə işləyə bilmirik", - deyə E.Orucov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti