...

Polşa Senatı spikerinin Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət Materials 3 Noyabr 2006 15:36 (UTC +04:00)

Polşa Senatının spikeri Boqdan Boruseviçin Azərbaycana ilkin səfər proqramı hazırlanıb. Trend in xəbər verdiyi kimi, bu barədə Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski məlumat verib.

Senat spikerinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya noyabrın 7-də axşam gələcək.

Səfərin rəsmi hissəsi noyabrın 8-də Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarətdən başlayacaq. Daha sonra Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüş keçiriləcək. Günün ikinci yarısında B.Boruseviç Abu-Arenada təşkil olunacaq I Polşa milli sərgisinin açılışında iştirak edəcək. Elə həmin gün Senat spikeri ölkənin baş naziri Artur Rəsizadə ilə görüşməyi planlaşdırır.

Noyabrın 9-da B.Boruseviç polşalı memarın məzarını ziyarət edəcək, Azərbaycan İqtisadi İnkişaf Nazirliyində görüş keçirəcək, Bakı Slavyan Universitetində polyak dili və mədəniyyəti Mərkəzini açacaq. Bundan başqa o, Səngəçal terminalına da baş çəkəcək. Noyabrın 10-da nümayəndə heyəti Heydər Əliyev Fonduna baş çəkəcək, xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti