Rusiya azərbaycanlılarının "Azərros" Federal milli-mədəni muxtariyyatının (FMMM) prezidenti Söyün Sadıqov müxtəlif - "rus", "yəhudi", "tatar" və b. marşların keçirilməsinə qarşı deyil. Trend in Moskvadakı xüsusi müxbiri xəbər verir ki, onun fikrincə, hökümət orqanları müxtəlif təşkilat nümayəndələrinin öz fikir və rəylərini, hökümətə qarşı narazılıqlarını, cəmiyyətə iradlarını və s. ifadə edə bildikləri istənilən mitinq və nümayişlərə icazə verməməli idi. Lakin, onun sözlərinə görə, "Azərros" FMMM hər zaman bu aksiyaların şovinist şüarlar altında deyil, "Biz - Rusiyalılarıq!" şüarı altında keçirilməsinin tərəfdarı olub və tərəfdarıdır, belə ki, azərbaycanlıların da aid olduğu qədimdən orada yaşayan köklü xalqları nəzərə alaraq, Rusiyanın çoxmillətliliyini danmaq olmaz.
"Biz hansısa provokasiyalara qapılmaq fikrində deyilik və başqa FMMM-lərlə birgə onlara lazımi qaydada reaksiya verməyə hazırıq. Bizim də hər ehtimala qarşı öz "ordumuz" var və biz hər zaman özümüzü layiqincə müdafiə etməyə hazırıq", - deyə cənab Sadıqov qeyd edib.
Ümumrusiya Azərbaycan Konqresinin İcraçı direktoru Eldar Quliyev bildirib ki, ÜAK-da olan məlumata görə, Moskva şəhərinin hökümət orqanları hər hansı provokasiyaların qarşısını almaq üçün tədbir görürlər. Bu məlumata əsaslanaraq, o qeyd edib ki, işə DİN, FTŞ və Prokurorluq da qoşulub, hətta bu gün şəhərin baş prokuror müavininin bəyanatı da var. Cənab Quliyev bildirib ki, bir sözlə, nə Moskvada, nə də Rusiyanın digər şəhərlərində bu kimi hadisələrin baş verməməsi üçün bütün işlər görülür. Bundan başqa, o əlavə edib ki, ÜAK-a Krasnoyarskdan məlumat daxil olub ki, orada şəhərin meri nümayişin keçirilməsinə icazə verib, lakin dərhal ÜAK-ın Mərkəzi aparatından əyalətin hökümət orqanları ilə əlaqə yaradılıb və onlar əmin ediblər ki, hər hansı provokasiyalara yol verməmək üçün bütün tədbirlər görülüb. "ÜAK RF-nin bütün subyektlərinin hökümət orqanları ilə sıx əlaqəyə malikdir. Orada filiallarımız var, bu isə Rusiyanın 60-dan çox şəhəridir. Biz hamı ilə ümumi dil tapa, bütün azərbaycanlıları və Azərbaycan vətəndaşlarını xəbərdar edə və məlumatlandıra bildik. Qeyd etməliyəm ki, ÜAK-a və ya bizim filiallarımıza həmyerlilərimizdən həmin gün özlərini necə aparmaları və necə təhlükəsizlik tədbirləri görmələri haqda sualla bağlı heç bir zəng daxil olmayıb, belə ki, biz ilkin izahedici iş görmüşdük. Beləliklə, mən vəziyyəti sakit və hər hansı ciddi insidentə səbəb olmayacaq vəziyyət kimi qiymətləndirirəm", - deyə Eldar Quliyev qeyd edib.
Azərbaycan Gənclərinin Koordinasiya Şurasının sədri Səyavuş Məmmədov bildirib ki, AGKŞ 4 noyabrda kütləvi aksiyalarda iştirak etməyəcək. Onun sözlərinə görə, AGKŞ narahat olduğunu gizlətmir ki, bayram günündə ultramillətçi təşkilatlar tərəfindən provokasiyaların olması mümkündür. "Biz faşizmə, milli hissi və başqalarının, qeyri-rus millət və xalqların ləyaqətini alçaldan şüarların qəti tərəfdarı deyilik. Bu gün çoxmillətli rus cəmiyyətinə zəruri olan yeganə şey - tolerantlığın və qarşılıqlı hörmətin qorunmasıdır", - deyə cənab Məmmədov qeyd edib. O əminliklə bildirib ki, AGKŞ provokasiya və insident olarsa, millətlərarası ədavət zəminində vəziyyətin kəskinləşdirilməsi səylərinin qarşısını almaq üçün digər gənclər təşkilatı və hökümət qurumları ilə əməkdaşlıqda bütün tədbirləri görəcək.