...

GUAM koordinatorları XİNŞ qərarlarının reallaşdırılması məsələlərini nəzərdən keçirəcək

Siyasət Materials 4 Noyabr 2006 13:52 (UTC +04:00)

"Demokratiya və iqtisadi inkişaf naminə təşkilat- GUAM"ın milli koordinatorları növbəti dəfə noyabrın sonunda Tbilisidə toplaşacaqlar. Bu barədə Trend ə diplomatik mənbələrdən məlumat verilib.

Görüşdə təşkilatın gələcək fəaliyyətinə dair məsələlərin müzakirə edilməsi planlaşdırılır. Diplomatlar təşkilata üzv olan ölkələrin Xarici işlər nazirləri şurasının sentyabrın 24-25-də Nyu-Yorkda qəbul etdikləri qərarların reallaşdırılması üzərində işləməlidirlər. Toplantının müddəti diplomatik kanallar tərəfindən razılaşdırılacaq.

MKK Tbilisi toplantısında təşkilata üzv olan ölkələrin nümayəndələrinin iştirak edəcəyi gözlənilir. Bu görüşdə Azərbaycanı xarici işlən nazirinin müavini Araz Əzimov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti