...

"Azadlıq" bloku noyabrın 7-də Prezident Aparatı yaxınlığında etiraz aksiyası keçirməyi planlaşdırır

Siyasət Materials 6 Noyabr 2006 13:34 (UTC +04:00)

"Azadlıq" blokuna daxil olan partiyaların fəalları media orqanlarına təzyiqlərlə bağlı noyabrın 7-də Prezident Aparatı yaxınlığında etiraz aksiyası keçirəcəklər. Bu barədə Trend ə bloka daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) məlumat verilib.

Partiyadan bildirilib ki, noyabrın 7-də keçiriləcək piketlə bağlı artıq Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət olunub. Şəhər rəhbərliyi tərəfindən hansı cavabın verilməsindən asılı olmayaraq, "Azadlıq" bloku bu aksiyanı keçirməkdə israrlıdır və razılaşdırılmamış piketə də cəhd göstərəcək.

Xatırladaq ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.

Qeyd edək ki, "Azadlıq" qəzetinin və digər media qurumlarının yerləşdiyi binadan çıxarılmasına etiraz olaraq blokla yanaşı, Redaktorlar Birliyi də noyabrın 7-də etiraz aksiyası keçirməyə qərar verib. Jurnalistlərin piketi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin binası qarşısında olacaq.

Xəbər lenti

Xəbər lenti